Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 21:27

Əbülfəz Elçibəyin qardaşı oğlu Əli Kərimli ilə şansını sınamaq istəyir


Eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Xalq Cümhuriyyəti Partiyasının sədri Hürrü Əliyev AXCP sədri Əli Kərimlinin namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Hürrü Əliyevin AzadlıqRadiosuna dediyinə görə, o Əli Kərimli ilə şansının nə qədər olmasını yoxlayacaq:

“Köklü götürəndə Xalq Cəbhəsi partiyası bizə aiddir və biz də onun savaşını aparıb əsl Xalq Cəbhəsini özümüzə qaytarmaq istəyirik, elə o cümlədən də opponent kimi 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyimi vermişəm”.

AXCP sədri Əli Kərimli isə AzadlıqRadiosuna müsahibəsində Hürri Əliyevə seçkidə uğurlar arzulayıb və məsələyə əlavə şərh vermək istəməyib.
XS
SM
MD
LG