Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:13

Hindlilər evlənir, qızıl bahalaşır


Ötən həftənin sonu qızılın növbəti bahalaşması qeydə alınıb. London birjasında bir unsiya qızılın qiyməti 1300 dollar (1 qramı 41,4 manat) həddini aşıb.

Qızılın növbəti bahalaşmasının səbəbləri arasında ekspertlər dolların zəifləməsini və dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı yaranan yeni inamsızlıq dalğasını qeyd edirlər.

Səbəblərdən biri də dünya bazarının ən fəal qızıl alıcısı sayılan Hindistandır. BBC xəbər verir ki, sentyabr ayı bu ölkədə toy mövsümü sayıldığından qızıla olan tələbat kəskin şəkildə artıb.

Qızılın qiyməti 2006-cı ildən bəri dayanmadan artır.

Bəzi maliyyə ekspertləri böyük zaman kəsimində investisiya vasitələri arasında ən etibarlısı kimi məhz qızılı qeyd edirlər.

Gümüşün də qiyməti artaraq son 30 ildə ən yüksək həddə çatıb.
XS
SM
MD
LG