Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:44

Faiq Ağayev bıçaqlanıb


Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Bu barədə AzadlıqRadiosuna Klinik Tibbi Mərkəzdən məlumat verilib. Baş həkimin müavini Adil Salahov deyib ki, Faiq Ağayev xəstəxanaya bu gün səhər gətirilib. Onun üzərində əməliyyat aparılıb.

Adil Salahovun sözlərinə görə, hazırda Faiq Ağayevin səhhəti normaldır. Ona vurulan bıçaq zərbələrindən yalnız biri təhlükəli olub.

Hadisənin kimin və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Faktla bağlı cinayət işinin açıldığı, əməliyyat-axtarış tədbirlərinin aparıldığı bildirilir.

XS
SM
MD
LG