Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:13

Eynulla Fətullayevin məhkəməsi sentyabrın 29-a təyin edilib


Jurnalist Eynulla Fətullayevin Qaradağ rayon məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti ilə bağlı növbəti proses sentyabrın 29-a təyin edilib.

Eynulla Fətullayev narkotik maddə saxlama ittihamı ilə bağlı hökmdən şikayət verib. Jurnalist ona bəraət verilməsini, dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edir.

Bundan əvvəlki məhkəmə prosesi vəkillərin gəlməməsinə görə baş tutmamışdı və qeyri-müəyyən vaxta təxirə salınmışdı.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də isə Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

XS
SM
MD
LG