Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Sayman Aruz "Səttarxan babanın"















DARIXIRAM

Darıxıram,
Və səsim askılardan asılır.
Darıxıram,
Və başmaqlarım ayaqlarımda gicəlir.
Paltarlarım adamsızdır,
Paltarlarım adamsızdır.
Əlimi sağ cibimə atıram,
Əlimi sol cibimə atiram.
Və siqaretsizliyim,
Başıma dəyir!

Yaraların,
İşarətdir.
Mən isə ömrümü,
Sənin tərcüməndə uduzmuşam!
Yaraların başlanışdır.
Mən başlayiram,
Və möcüzə yaranır!

Mən,
Güldanımdaki gülü,
Ümidilə saxlayammadım,
Gözünü tikdi günəşə,
Və baxa-baxa
Öldü!

*

Oyanırsan,
Gözümü gözünə tikirəm,
Va yatıram!


NƏ OLUBDUR SƏNƏ

Nə olubdur sənə?
Bütün xiyavanlar səninlə doludur
Bütün dörd yollar,
Bütün küçələr,
Mən,
Zəncirlərin qırılmasını hiss edirəm
Və keçidlər
Kağızlarımdan keçirlər hər gün.

Nə olubdur sənə!?
Bütün adlar səninlə başlayır
Və boğazınla bütün adamlar səslənilir
Bulutların ipini burax
Gecə qaranlıqdir,
Və hər insan,
Yeni bir üsyan!

Bütün kəlmələri axtardım,
Və sən,
Tanrının adında gizlənmişdin,
Bütün xiyavanları axtardım,
Və sən,
Küçələrin başında dayanmışdın,
Varlığın bəs edir,
Adin bəs edir günəşin çıxmağına,
Bulutların ipini burax!
Sənə nə olub!?

Gecə qurtarır
Və sən,
Yenə də yazılmırsan
Dənizlərin səsini duy
Mayakların ışığını,
Varlığın bəs edir.
Bütün gəmiləri axtarmışam,
Bütün yelkənləıri.

Hançı tufan,
Hançı yelkənsən sən!?
Bütün okeanları axtarmışam
Bütün balıqları,
Bütün baltaları dadmışam,
Və ağaclıqımdan
Yalnız,
Bu önümdəki kağızlar qalıblar.

Qoxunu hiss edirəm
Və günəbaxanlar sənə yönəlir.

Inanıram,
Və mələklərin qanadı yanır,
Və sən
O qədər çoxsan ki
Axib qurtulmursan!


NƏ QARA İLİ...

Nə qara ili,
Nə qara yeli,
Nə qara yelkəni,
Nə sənin gözlərindən axan qaranı,
Nə mənim ürəyimdən axmayan yaranı,
Nə sənin öldüyün Oranı,
Nə mənim yaşamadığım buranı,
Nə qara vətən,
Nə qara müharibə,
-Qaranlığı istəmirəm
Azadlığa bürünsə də!

Nə qara ümid,
Nə qara imdad,
Nə qara qapı,
Nə qara pəncərə.

Dartılmış,
Darısqal,
Uzun-uzun yolları,
Qara örtüklərilə!

Nə qara qəpik,
Nə qara bilərzik,
Nə önümdə dayanan bu utanqac döyüşçülər,
Azadlığı bağıran,
Azadlığı bağlayan.

Kövrəlmiş,
Arığ,
Kölə qizcığazları,
Qara örtüklərilə!

Nə qara sevgi,
Nə qara səadət,
Biz,
Ayı əritməyə getdik bulutlardan,
Və günəş çıxacaydı deyə,
Əridik!

-Odu qarşılayırlar
Dənizi axtaranlar,
Və küçənin ürəyi soyusun deyə
Ölürər!

Və həyat məndə böyüyür
Və həyat məndə böyüyür
Və həyat məndə böyüyür!


SƏTTARXAN BABANIN

Gecədir, durmuşam şeir yazmağa
Maşınlar əzirlər fikirlərimi
Səttarxan babanın, səsin duyuram
Bakı biçaq kimi soyur dərimi !

Üstümdən keçirlər yəhərsiz atlar
Dörd ayaq yerinə, dörd rezin təkər
Şəhər şillə kimi, üzümə dəyir
Burnumdan tökülür acı gülüşlər

Səni axtarmıram ehey Azadlıq
Nə var gizlənirsən belə qəmzəli...
Təsəlli verməyə Bəz qalasından
Uzanır üstümə Babəkin əli!

Güney güllələnir şeirlərimdə
Saat qabağında yıxılır ölür
Səməd ehey deyir Imamiyyədən
Amandır qoymayın, Güney bölünür!

Aynalı qızarır utandığından
Göy Məçid hələdə ölməyindədir
Buraxın Arazda Səmədləşməyim
Buraxın Təbrizə getməyim gəlir!
XS
SM
MD
LG