Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

Fələstin prezidenti Fransada səfərdədir


Fələstin prezidenti Mahmud Abbas bu gün Fransanın paytaxtı Parisə gedib.

Məqsəd pozulmaq təhlükəsi ilə üzləşmiş İsrail-Fələstin danışıqlarını canlandırmaq üçün yerli yəhudi icmasının liderlərilə görüşməkdir.

Həmçinin onun bazar ertəsi fransalı həmkarı Nikole Sarkozi və baş nazirlə görüşü nəzərdə tutulub.

Fələstin prezidenti Mahmud Abbas dəfələrlə bəyan edib ki, əgər İsrail İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirsə, Fələstin tərəfi birbaşa sülh danışıqlarından çıxacaq.

İsrailin tikinti işlərinə qoyduğu qadağa bu gün sona yetir.

Human Rights Watch təşkilatı bəyanat yayaraq İsraili fələstin ərazilərində tikinti işlərini birdəfəlik dayandırmağa çağırıb.
XS
SM
MD
LG