Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 21:54

Əhmədinejad ədəbsizlikdə günahlandırılıb


Nobel sülh mükafatı laeruatı, Şərqi Timorun prezidenti Joze Ramuş Orta İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabr terror aktlarıyla bağlı dediklərini ədəbsizlik adlandırıb.

Mahmud Əhmədinejad BMT-nin sessiyasında çıxış edərkən deyib ki, çoxları hesab edir ki, bu terror aktlarını ABŞ hökumətinin özü təşkil edib.

Ramuş Orta dünən sesiyada məsələyə münasibət bildirərkən deyib ki, heç bir liderin əsas qaydaları və qəbul olunmuş davranış formasını pozmaq və bu məclisdə ədəbsizlik etmək haqqı yoxdur.

Ramuş Orta eyni zamanda İranın dinc məqsədli nüvə proqramını inkişaf etdirməyə haqı olduğunu deyib.
XS
SM
MD
LG