Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:57

Mahmud Abbas İsraili seçim etməyə çağırıb


Birləşmiş Ştatlar Fələstin və İsrail rəsmiləri ilə danışıqları davam etdirir.

Danışıqların yeni mərhələsi bu yaxınlarda başlanıb.

Fələstin prezidenti Mahmud Abbas dəfələrlə bəyan edib ki, əgər İsrail İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirsə, Fələstin tərəfi birbaşa sülh danışıqlarından çıxacaq.

İsrailin tikinti işlərinə qoyduğu qadağa bu gün sona yetir.

Human Rights Watch təşkilatı bəyanat yayaraq İsraili fələstin ərazilərində tikinti işlərini birdəfəlik dayandırmağa çağırıb.

Fələstin prezidenti Mahmud Abbas dünən BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxış edərkən fələstinlilərin sülhə hazır olduqlarını bildirib, eyni zamanda xəbərdarlıq edib ki, İsrail sülh və İordan çayının qərb sahilində yəhudi qəsəbələri arasında seçim etməlidir.
XS
SM
MD
LG