Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 14:04

MSK-da 460 müşahidəçi qeydə alınıb


Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən müşahidəçilərin sayı 460-a çatıb.

Bu barədə APA agentliyi MSK-ya istinadla xəbər verir.

Qeydə alınmış müşahidəçilərdən 29-u xüsusi icazə almış müşahidəçilərdir.

Müşahidəçilərin 338-i öz təşəbbüsü, 39-u siyasi partiyalar, 14-ü isə QHT-lərin təşəbbüsü ilə bu işə qoşulacaq.

Ombudsman aparatından isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Müşahidə üçün ərizələrin qəbulu oktyabrın 28-dək davam edəcək.
XS
SM
MD
LG