Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

Elektrik naqili mal-qaranın üstünə düşüb


Sentyabrın 23-də Astara rayonu Ərcivan kəndində 10-voltluq xəttdə qəza baş verib.

Elektrik naqili qırılaraq mal-qaranın üstünə düşüb. Nəticədə 3 baş inək tələf olub.

Kənd sakini Fayıq Cəfərov deyir ki, elektrik naqilləri sovet dövründən qalmadır. Dəfələrlə belə hadisələr olub. Bu barədə şikayətlər edilsə də, təmir işləri aparılmır.

Astara elektrik stansiyasından AzadlıqRadiosuna bildirdilər ki, qısa qapanma olub. Nəticə də naqil qırılaraq yerə düşüb. Kənd sakinlərinə dəymiş ziyan isə ödəniləcək.
XS
SM
MD
LG