Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 03:08

Obama-Əliyev görüşündə bloqqerlərin məsələsi


İlham Əliyev və Barak Obama
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Amma jurnalistlərə görüşdən yalnız bir neçə dəqiqəlik foto çəkməyə imkan verilib.

Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyms Cons, ABŞ-ın BMT-dəki səfiri Süzan Rays, Ağ Evin məsləhətçisi Valeri Carrett iştirak edib.

Görüşdən sonra Ağ evinn yaydığı açıqlamada deyilir ki, Obama-Əliyev görüşündə Amerika prezidenti Azərbaycanın Əfqənasıtandakı əməliyyatlara dəstəyini müsbət qiymətləndirib, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərinə Amerikanın dəstəyini bir daha təsdiq edib və bu münaqişənin millətlərin ərazi bütövlüyü və özünü təyin etmək haqda Helsinki prinsipləri əsasında dinc həllini tapacağına ümidini ifadə edib.

Sənəddə həmçinin bildirilir ki, iki ölkə lideri regonda təhlükəsizlik və enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib.

Prezident Barak Obama özünün BMT-dəki dünənki çıxışı kontekstində Azərbaycanın gənc dövlət kimi demokratik islahatları həyata keçirəcəyinə, iki gənc bloqqerin azad edilməsi də daxil olmaqla insan haqqlarının müdafiəsinin güclənndirilməsinə ümid bəslədiyini bildirib.

Amerika prezidenti qeyd edib ki, güclü demokratik institutlar Azərbaycanda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir.

Məlumatda həmçinin bildirilir ki, hər iki ölkə liderinin bu dövlətlər arasındakı əlaqələrin daha da inkişafa etdiriılməsi arzusunda olduğunu deyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG