Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Atom Enerjisi Agentliyi İsrail əleyhinə qərarı rədd etdi


Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin nüvə silahının yayılmamaısna dair müqaviləyə qoşulmasını tələb edən ərəb ölkələrinin qətnamə layihəsini rədd edib.

Sentyabrın 25-də keçirilən səsvermədə 151 üzv ölkədən 51-i sənədin əleyhinə, 46-ı lehinə səs verib. 23 üzv ölkə səsvermədə iştirak etməyib.

Ərəb nümayəndələri İsrailin guman edilən nüvə arsenalının bölgədə sülhü və sabitliyi təhlükə altına qoyduğunu bildiriblər.

İsrail səsvermədən əvvəl Agentliyi xəbərdar etmişdi ki, ərəblərin bu qətnaməsinin qəbul edilməsi Yaxın Şərqdə sülh üçün əməkdaşlıq prosesinə öldürücü zərbə vura bilər.

ABŞ da ərəb ölkələrini qətnamə layihəsini geri götürməyə çağırmışdı. Vaşinqton bildirirdi ki, bu sənədin qəbulu Yaxın Şərqdə nüvə silahlarının yayılmaması cəhdlərinə zərbə vurar, yenidən başlayan İsrail-Fələstin sülh danışıqlarını əngəlləyərdi.
XS
SM
MD
LG