Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:33

Nardaran sakinindən götürülən analizin nəticələri açıqlanıb


Hacı Əli Hüseynov
Hacı Əli Hüseynov
Nardaran sakini Hacı Əli Hüseynovdan götürülən qan və sidik analizlərinin nəticələri açıqlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, analizin nəticələrinə əsasən, onun narkotik vasitədən istifadə etməsi təsdiq olunub.

Nardaran sakinləri isə Hacı Əli Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edirlər.

Nardaran kənd ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna deyib ki, onlar Hacı Əli Hüseynovdan götürülən qan analizlərində narkotik maddə tapılması ilə bağlı rəsmi qurumların yaydığı məlumatı qəti təkzib edirlər:

“Biz hüquq-mühafizə orqanlarından, ölkə başçısından xahiş edirik, tələb edirik ki, Hacı Əli Hüseynovun haqqında açılmış cinayət işi ləğv edilsin və o, dərhal azadlığa buraxılsın. Onu şərləyib tutduranlar həbs edilsin və onlar haqqında cinayət işi açılsın. Dindar bir adama qarşı narkotika ittihamı irəli sürmək Allaha qarşı üsyandır. Bu, Nardaran kəndinə qarşı təhqirdir”.

Sentyabrın 24-də Sabunçu rayon Məhkəməsi Əli Hüseynov haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

Nardaran sakinlərinin iddiasına görə, Hacı Əli Hüseynov sentyabrın 22-də Nardaran kəndinin küçələrinə dini şüarlar yazarkən saxlanılıb. Onun haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.

Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bir neçə ay əvvəl azadlığa buraxılmışdı.

Nəzər yetir:

Nardaranda etiraz
XS
SM
MD
LG