Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

AXCP-nin qurultayında hansı məsələlər müzakirə ediləcək?


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıdakı “Təbriz” kinoteatrında özünün 4-cü (8-ci) qurultayını keçirəcək.

Partiya sədrinin müavini Fuad Qəhrəmanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, qurultayda partiya və Ali Məclis sədrlərinin hesabatları dinləniləcək.

Qurultay müzakirələrinin sonunda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn seçkilər və insan hüquqlarının vəziyyəti ilə bağlı ölkə ictimaiyyətinə müraciət olunacağı gözlənilir.

Bundan başqa, qurultayda Müsavat Partiyası ilə AXCP-nin ilkin şərt irəli sürmədən birləşməsi ilə bağlı qərar qəbul olunacağı da gözlənilir.

Qurultayda partiya sədrinin seçilməsi məsələsi də müzakirə oluna bilər.

Amma Əli Kərimlini AXCP-nin alternativsiz sədri hesab edən Fuad Qəhrəmanlı inanmır ki, qurultayda sədrliyə hər hansı alternativ namizədin irəli sürülməsi zərurəti yaransın.
XS
SM
MD
LG