Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Yaralı hərbçilər vəfat edib


Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük maşının körpüdən aşması nəticəsində yaralanan iki hərbçi - 1975-ci il təvəllüdlü Məzahir Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Şirinov xəstəxanada vəfat edib. Məlumatı Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev verib.

Digər hərbçi 1975-ci il təvəllüdlü Elşad Məmmədov isə qəza zamanı hadisə yerində vəfat etmişdi.

Yol qəzası sentyabrın 23-ü Sumqayıt-Xızı yolunda olmuşdu.

XS
SM
MD
LG