Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:56

Eynulla Fətullayevin məhkəməsi təxirə salınıb


Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin şikayəti əsasında məhkəmə olmalıydı. Məhkəmədən AzadlıqRadiosuna bildiriblər ki, proses Eynulla Fətullayevin özünü yaxşı hiss etmədiyinə görə təxirə salınıb. Ancaq Eynulla Fətullayevin atası Emin Fətullayev bildirib ki, məhkəmə vəkillərin prosesə gələ bilmədiyi üçün qeyri-müəyyən müddətə qədər təxirə düşüb.

Eynulla Fətullayev Qaradağ rayon məhkəməsinin hökmündən apelyasiya şikayəti verib. Jurnalist bildirir ki, narkotik ittihamı ilə bağlı onu əsassız yerə ittiham ediblər. Eynulla Fətullayev həm də hesab edir ki, Qaradağ rayon məhkəməsindəki məhkəmə iclaslarının protokolları yarımçıq tərtib olunub, onun və şahidlərin məhkəmədə verdikləri ifadələr tam olaraq protokola salınmayıb. Buna görə də Eynulla Fətullayev 16 məhkəmə iclasının protokolları ilə tam tanış olmaq və qeydlər götürmək üçün məhkəmədən bir neçə dəfə vaxt istəyib.

XS
SM
MD
LG