Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 23:08

Barak Obama İranla dialoqun açıq olduğunu deyib


Barak Obama
Barak Obama
İranla diplomatiyaya qapılar açıqdır, amma Tehran onun nüvə proqramıyla bağlı dialoqa hazır olduğunu göstərməlidir.

Bunu ABŞ prezidenti Barak Obama bu gün BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında çıxış edərkən deyib.

Obama qeyd edib ki, İran dünyanı əmin etməlidir ki, onun nüvə proqramı dinc məqsədlər üçün nəzərdə tutulub.

ABŞ prezidenti həmçinin dünya liderlərini Yaxın Şərqdə sülhə nail olmaq üçün yeni cəhdləri dəstəkləməyə çağırıb və İsraili yəhudi qəsəbələrinin tikintisinə qoyulmuş qadağanı uzatmağa çağırıb.

İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisi İsrail-Fələstin sülh danışıqlarında əsas əngəllərdən biri olaraq qalır.

XS
SM
MD
LG