Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 14:42

Bakıdan Yerevana birbaşa təyyarə uçub


Bakı-Yerevan birbaşa təyyarə reysi
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

MDB musiqiçilərini aparan təyyarə sentyabrın 23-də Bakıdan qalxaraq Yerevanın “Zvartnots” hava limanına enib.

Sentyabrın 23-də MDB ölkələrinin bir qrup müsiqiçisi Bakıdan birbaşa təyyarə reysi ilə Yerevana uçub. "Rossiya"Hava Yollarının təyyarəsi axşam saatlarında Yerevana enib. “Zvartnots” hava limanından AzadliqRadiosunun erməni xidmətinə təsdiqləyiblər.

Dünən Azərbaycan Dövlət Filarmoniyasında “Üzeyir Hacıbəyov-125” beynəlxalq musiqi festivalı çərçivəsində məşhur dirijor, SSRİ xalq artisti, Moskva Beynəlxalq Musiqi Evinin prezidenti Vladimir Spivakovun rəhbərliyi ilə MDB Ölkələrinin Gənclər Simfonik Orkestrinin konserti keçirilib.

Konsertdə Rusiyadan xüsusi nümayəndə heyəti, o cümlədən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Sentyabrın 23-də Bakıdan Yerevana uçan musqiçilər Ermənistan Simfonik Orkestrində konsert proqramı ilə çıxış edəcək, sonra da Kiyevə gedəcəklər.

Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında birbaşa təyyarə reysləri on illərdir ki, yoxdur. Yalnız nadir hallarda xarici ölkələrin diplomatları Bakıda təyyarə ilə Yerevana uçurlar.

Şərhlər (43)

Bu forum dayandırılıb
XS
SM
MD
LG