Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Şahmat Federasiyasına prezident seçilmək üçün pul bəs edir


Kirsan İllumcinov
Kirsan İllumcinov
Beynəlxalq Şahmat Federasiyası – FİDE gələn həftə prezidentini seçəcək. Namizədlərdən biri 15 ildir ki, prezident kreslosunda oturan Kalmikiya Muxtar Respublikasının da prezidenti, milyarder Kirsan İllumcinovdur. Digəri isə dünya çempionu Anatoli Karpov.

Karpovu bir vaxtlar rəqibi olan digər dünya çempionu Harri Kasparov da dəstəkləyir. Üstəlik, federasiyanın üzvləri olan ABŞ, Hollandiya, Fransa, Almaniya, İsveçrə də dəstəkləyir. Karpovu dəstəkləyənlər əmindirlər ki, dünya çempionunun seçilməsi şahmatın əvvəlki populyarlığını qaytara bilər. Karpov özü isə deyir ki, əgər İllumcinov növbəti 4 il üçün də vəzifədə qalsa, şahmat ümumiyyətlə öləcək:

İNDİ ŞAHMATI HEÇ YERDƏ GÖRƏ BİLMƏZSIZ

“4 ilə şahmat öləcək. Odur ki, 4 il sonra nə olacağından danışmağın yeri yoxdur. 20 ilə biz o qədər itirmişik ki, təsəvvürünüzə də gitrməzsiz. Vaxt vardı şahmat populyarlığına görə futbolla yarışırdı. İndi şahmatı heç yerdə görə bilməzsiz. Hətta poker də populyarlığına görə şahmatı geridə qoyub. Bu biabırçılıqdı”.

Amma Qərb ölkələrinin və əsas şahmat elitasının dəstəyinə baxmayaraq Karpovun seçilmək şansları elə də güclü qiymətləndirilmir. Çünki Karpovun rəqibi göydən gələnlərə inanan, onlarla sayahətə də çıxan birisi olduğunu iddia edən, buddist və çox mübahisəli bir şəxsiyyət olsa da, pulu var.

ŞAHMATÇILAR EVİ TİKDİRİR

Özü də Kirsan İllumcinovun pulu o qədər çoxdur ki, Kalmıkiyanın paytaxtı Elista yaxılığında ayrıca Şahmatçılar Şəhəri tikdirə bilir. Nyu-Yorkda indi müsəlmanların məscid tikdirmək istədiyi, amma mübahisə çıxan “Ground Zero” adlı əraziyə görə 10 milyon dollar təklif edir. Və ya Asiyadakı şahmat yarışlarının mükafat fonduna öz cibindən 1 milyon dollar, Karib və Latın Amerikası regionu üçün isə 500 min dollar ayırır.

Hətta FİDE-nin vitse-prezidenti Villiam Kelleher də deyir ki, İllümcinovdan narazılar çox olsa da, onun pulu bir çox federasiyaları öz tərəfinə çəkmək, səsini almaq üçün yetir:

Karpovun namizədliyini heç Rusiya Şahmat Federasiyası da dəstəkləmir
“Mən deyərdim ki, Kirsandan xüsusəndə Avropada çoxlu narazılıq var. Amma dünyanın qalan hissəsindəki 160 şahmat federasiya var ki, onları FİDE rəhbərliyində baş verənlər maraqlandırmır. Kirsan da belə balaca federasiyalara yaxşı baxır. Tez-tez oralara gedir, diqqət yetirir və yəqin ki, seçkidən qabaq öz cibindən maliyyə yardımı da edir”.

BALACA FEDERASİYALARI BƏSLƏMƏK TAKTİKASI

FİDE-nin qaydalarına görə, hər bir federasiyanın bir səs hüququ var. İstər cəmi 50 üzvü olsun, istər 300 min üzvü. Ona görə də, İllumcinov kiçik federasiyaların dəstəyini qazanmaqla rahatca seçkiləri udmağı bacarır. Üstəlik, onun yerinə göz dikən qruplar da normal namizədlə qabağına çıxa bilmirlər. Məsələn, Karpovun namizədliyini heç Rusiya Şahmat Federasiyası özü dəstəkləmir.

Üstəlik, Kirsan İllumcinov bu yaxınlarda bildirib ki, 17 ildir ki, tutduğu Kalmikiya prezidenti vəzifəsindən də getməklə vaxtını şahmata həsr etmək fikrindədir.

Düzdür, İlümcinovun dediklərinə inananlar da elə də çox deyil. Ona qalsa, Kalmikiya prezidenti apreldə çıxdığı bir tok-şouda demişdi ki, 1997-ci ildə onu başqa planetdən gələnlər qaçırıblar, özlərinin uçan boşqablarında gəzdiriblər və sonra qaytarıb evə gətiriblər.

Ötən həftəsə İllumcinov Nyu-Yorkdakı “Ground Zero” yaxınlığında məscid tikintisi üçün nəzərdə tutulan yeri 10 milyon dollara FİDE üçün almağı təklif eləmişdi. Amma sonra məlum olmuşdu ki, heç FİDE-nin özündə bundan heç kəsin xəbəri yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG