Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:36

Prezident İlham Əliyev ABŞ-da səfərdədir


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev ABŞ-da işgüzar səfərdədir. Səfərin məqsədi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında iştirak etməkdir.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısı sentyabrın 22-də ABŞ dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşüb.

Görüşdə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da görüşdə iştirak edib. Səfər çərçivəsində Azərbaycan prezidentinin ABŞ prezidenti Barak Obama ilə sentyabrın 24-də görüşü də nəzərdə tutulur.

/APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG