Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:20

Prezident İlham Əliyev ABŞ-da səfərdədir


Prezident İlham Əliyev ABŞ-da işgüzar səfərdədir. Səfərin məqsədi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında iştirak etməkdir.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısı sentyabrın 22-də ABŞ dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşüb.

Görüşdə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da görüşdə iştirak edib. Səfər çərçivəsində Azərbaycan prezidentinin ABŞ prezidenti Barak Obama ilə sentyabrın 24-də görüşü də nəzərdə tutulur./APA/
XS
SM
MD
LG