Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:45

Müxalifət liderinin oğlu Ermənistanın vəziyyətini təsvir edir


Ermənistan müxalifətinin Yerevanda yürüşü, 8 yanvar 2009
Ermənistan müxalifətinin Yerevanda yürüşü, 8 yanvar 2009
Ermənistanın keçmiş Xarici İşlər naziri, indi müxalifətdə olan «İrs» partiyasının sədri Raffi Hovanisyanın oğlu Qarin Hovanisyan ölkəsinin müstəqilliyinin indiki durumu və əhalinin güzəranı haqqında «International Herlad Tribune» qəzetində məqalə ilə çıxış edib. Onun yazdıqlarını qısa ixtisarla təqdim edirik:

20 İL ƏVVƏLİN YEREVANI İLƏ...


«Atam Raffi Hovanisyan ABŞ-da hüquq firmasını buraxıb arvad-uşağını da götürərək Yerevana – Sovet Ermənistanının paytaxtına köçdü. Bundan az sonra - 1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyini elan etdi. Bir qədər sonra o, əlində bir faks aparatı və 600 rubbluq (143 dollar) aylıq maaş kağızı ilə gəlib dedi ki, o, müstəqil respublikanın ilk Xarici İşlər naziridir.

Bir il ərzində o, dünyanın ən böyük demokratiyaları ilə əlaqələri formalaşdırdı, Ermənistan bayrağını Nyu-Yorkda BMT-nin baş qərargahında qaldırdı.

Raffi Hovanisyan
Bunlar 20 il əvvəlin hadisələridir. İndi isə Yerevanın küçələri dilənçi uşaqlarla dolub. Polis ikicə dollar rüşvət ala bilmək üçün dəyənəyini sağa-sola fırladır, müəllimlər yalnız rüşvət üçün işləyirlər. Prezident bütün hüquq sisteminə, prokurorlara, onun hakimiyyətinə təhlükə yarada biləcək ictimai sektora nəzarət edir.

İNDİKİ YEREVANIN MƏNZƏRƏSİ

Ermənistanda heç vaxt ədalətli məhkəmə, ədalətli seçki olmayıb. İstənilən seçkidə hakimiyyətdəki siyasi qüvvə qalib olur. Seçkidə uduzanlar heç vaxt sakitcə durub evlərinə getmirlər, gərək hər seçkidən sonra paytaxtın küçələri etiraz aksiyaları ilə dolub-daşa. 1999-cu ildə parlamentin iclasında prezidentin bütün əleyhdarları güllələndi.

Atam artıq çoxdan hakimiyyətdən gedib. Amma öz xəyallarından heç vaxt əl çəkməyib. 2001-ci ildə o, ABŞ vətəndaşlıq pasportunu birdəfəlik geri verdi. Ondan bir il sonra «İrs» partiyasını qurdu. İndi bu milli liberal partiya parlamentdə azlıqda olan müxalifət qrupudur.

Hakimiyyət oliqarx biznesmenlərin nəzarətindədir
Hakimiyyət isə oliqarx biznesmenlərin nəzarətindədir. Kimi ölkədə qazı, kimi qəndi, kimi unu monopoliyada saxlayır. Hər birinin də öz ayaması, cangüdənlər ordusu, lüks maşınlardan ibarət qarajı var. Özlərini gözə soxub maşın karvanı ilə gəzirlər.

ERMƏNİ MİLYARDERLƏR KREMLİN ƏTRAFINDAKILARA BORCLU DÜŞÜBLƏR

Milyardlarla dollar pulu olan bu oliqarxlar eyni zamanda Kremlin çevrəsindəki oliqarxlara böyük pul borcludurlar. Ona görə hər şeyi – qızıl mədənlərini, elektrik stansiyalarını Moskvadakı rəhbərlərinə satıblar. Hələ daha da çox satmağa hazırdırlar.

ERMƏNİSTAN DÖVLƏTİ ƏRAZİSİNDƏ BAŞQA DÖVLƏT

Keçən ay Ermənistan post-sovet ölkələrinin alynası olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə ev sahibliyi etdi. Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi Qərbdə heç kimin maraq göstərmədiyi bu ölkələr Rusiyanı özlərinə yenidən bir cazibə
Rusiya prezidenti Dmitri Medvedevin Yerevana səfəri, 19 avqust 2010
mənbəyi seçiblər.

Həmin sammit zamanı Rusiya Ermənistandakı hərbi bazasının ömrünün uzadılmasını təmin etdi. Burada müddət önəmli deyil, faktiki olaraq Ermənistan dövlətinin ərazisində başqa bir dövlət özünün uzunmüddətli hərbi bazasını qurdu.

ROMANTİKANIN GÖRMƏYƏ QOYMADIĞI HƏQİQƏT: ERMƏNİSTAN AZAD VƏ MÜSTƏQİL DEYİL


Bəlkə elə buna görə hazırda Yerevanda müstəqillik, demokratiya bayramının niyə xüsusi təntənələrlə qeyd edilməməsinə səbəb axtarmaq yersizdir. Bundan belə mənim atam da daxil olmaqla adamlar başa düşməlidirlər ki, hələ də yaşadıqları romantika onlara konkret reallıqları görməkdə mane olur: Ermənistan azad, müstəqil, həmrəy ölkə deyil. Sovet ərazilərində demokratiya toxumları cücərə bilmir.

Əlbəttə, biz inanırıq ki, bu torpaqlarda da günlərin birində azadlıq toxumları cücərəcək. Amma hələlik bu toxumlar vətənpərvərlər və tiranların qanları ilə suvarılır. Hələlik isə bu ölkədə həmin qüvvələrin hər ikisindən kifayət qədər çoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG