Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:01

Bakıdan İrana müalicəyə gedən DAK üzvü Təbrizdə həbs olunub


Sentyabrın 22-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının icraçı direktoru, fəlsəfə doktoru Eliza İsmayılova Təbrizdə həbs olunub.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Sayman Arus xəbər verib. Onun sözlərinə görə, həyat yoldaşı Tehrana müalicə üçün gedib. Qayınatası ilə görüşmək üçün Tehrandan Təbrizə gəlib. Səhər saatlarında ETTELAAT üzvləri güman edilən 5 nəfər qayınatasının evinə gəlib. Əvvəlcə Eliza İsmayılovanın pasportuna baxış keçiriblər və bildiriblər ki, sənəddəki şəkil saxtaya oxşayır. Onu və qayınatasını evdən çıxararaq naməlum istiqamətə aparıblar. Sayman Arusun sözlərinə görə, atasının və həyat yoldaşının harada saxlandığı barədə hələ də məlumat yoxdur.

DAK rəhbərliyi hadisə ilə bağlı sentyabrın 23-də Bakıda mətbuat konfransı keçirəcək.
XS
SM
MD
LG