Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Azərbaycan silahı beynəlxalq sərgidə


Azərbaycan istehsalı olan İST12,7 «İstiqlal» snayper tüfəngi ilk dəfə olaraq beynəlxalq sərgiyə çıxarılıb.

APA-nın məlumatına görə, 14,5 mm çaplı snayperin (İST14,5 - Anti-Material Rifle) təkmilləşdirilmiş modeli olan İST 12,7 ilk dəfə olaraq Cənubi Afrika

Respublikasının Keyptaun şəhərində keçirilən «Afrika Aerospace Defence-2010 » müdafiə sərgisində nümayiş etdirilir.

İstər İST12,7, istərsə də İST14,5 modelləri uzaq məsafədən, hətta zirehli hədəflərə qarşı artırılmış effektliliyə malikdir.

Yeni silahın fərqli xüsusiyyətləri də var.

Məsələn, İST12,7 100 metr məsafədən 20 mm qalınlığındakı zirehi deşmə ehtimalı 90 faizdir.

İST14,5 tüfənginin darağı 5, İST12,7-nin darağı isə 7 güllə tutur.

Hər iki tüfəng +50 və - 50 dərəcə tempraturlarda istifadə oluna bilir.

XS
SM
MD
LG