Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:18

Nazirlər Kabinetində dövlət büdcəsi ilə bağlı iclas keçirilib


Nazirlər Kabinetinin binası
Nazirlər Kabinetinin binası
Sentyabrın 22-də Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycanın 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Tədbirdə qeyd olunub ki, dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.

Dövlət büdcəsinin gəlirləri 12 061 mln. manat təşkil edir. Xərclər hissəsi isə 12 748 mln. manat proqnozlaşdırılmaqla ümumi daxili məhsulun (ÜDM) 31,7%-i həcmində nəzərdə tutulur.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur. Gələn il üçün icmal büdcənin gəlirləri 15 557,6 mln. manat, xərcləri isə 15 129, 4 mln. manat proqnozlaşdırılır.

Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.

İclasda o da bildirilib ki, 2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, habelə bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilib.

Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM real artım tempi 3,8%, onun qeyri-neft sektoruna aid hissəsi 7,2%, neftin bir barelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5% həcmində nəzərdə tutulur.

İclasın sonunda Nazirlər Kabineti dövlət büdcəsi layihəsinin ölkə prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edib. /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG