Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Ceyms Bondun prototipi olmuş gerçək casusun adı açıqlandı


Məşhur Britaniya yazıçısı Yan Fleminqin bütün dünyada məşhur olan casus obrazı – Casus 007/Ceyms Bondun real həyatda prototipi olub.

Bu, yaxın vaxtlarda Böyük Britaniyada işıq üzü görəcək kitabda qeyd edilir.

Kitabın müəllifi Keyt Cefferi deyir ki, Britaniya kəşfiyyatı – Mİ-6-nın arxivlərində bunu təsdiq edən sənədlər tapıb.

Bondun prototipi çox güman ki komandir Wilfred Dunderdale olub.

“Real Ceyms Bond ədəbi personajdan daha maraqlı olub.

O, yazıçı Yan Fleminqin dostu olub və yazıçının özü kimi kəşfiyyatda xidmət edib.

Real Bond əslən Odessadan idi və rusca sərbəst danışırdı.

1930-cu illərdə Parisdə Britaniya kəşfiyyatının özəyinə rəhbərlik etdiyi vaxtlarda Dunderdale özünün gözəl qadınlar və sürətli maşınlara meyli ilə seçilib”.

800 səhifəlik kitab Mİ-6-nın istəyilə çap edilir.

Britanya kəşfiyyatı öz fəaliyyətinin ilk 40 ilinə aid olan və indiyəcən geniş publikadan gizli saxlanan arxivləri professor Keyt Cefferinin üzünə açıb.

Kitabda Mİ-6-nın çar Rusiyası və Sovet İttifaqı ərazisində həyata keçirdiyi əməliyyatlara xüsusi yer ayrılır.

Yan Fleminq casus Ceyms Bond obrazını 1953-cü ildə yaradıb və onun haqqında 12 kitab yazıb.

1964-cü ildə Fleminq vəfat etdikdən sonra eyni obraz haqda başqa müəlliflər də roman yazıblar.

Ceyms Bond haqda indiyəcən 20-dən çox film çəkilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG