Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Azərbaycan gənci bıçaqlaşmada liderdir


 Bıçaq yarasından ölənlərin 80 faizi oğlanlardır
Bıçaq yarasından ölənlərin 80 faizi oğlanlardır
Avropa regionunda hər gün 40 gənc öldürülür. Onlardan 16-sı bıçaq yarasından ölür.

Ümumdünya Səhiyyə Təşkilatının “Gənclər arasında bıçaq cinayətkarlığı” adlı yeni hesabatına görə, Avropa regionunda ildə 10-29 yaş arasında 15 min gənc öldürülür.
Ancaq bu, aysberqin görünən hissəsidir. Hər öldürülən gəncə 20 yaralı düşür.

Ölüm hadisələrinin 60 faizi bıçaqlanma nəticəsində olur. Bəzi Avropa ölkələrində gənclərin 12 faizə qədəri üstündə bıçaq gəzdirir.

Xəstəxanalardan alınan statistika əsasında hazırlanan hesabata görə, ölümlərin 90 faizi kasıb və orta gəlirli ölkələrdədir. Kasıb ölkədə gənclərin zorakı ölümü varlı ölkədən 34 dəfə çoxdur.

Varlı ölkənin özündə isə öldürülənlərin əksəriyyəti kasıblardır.

Bıçaq yarasından ölənlərin 80 faizi oğlanlardır.

AZƏRBAYCAN AVROPADA LİDERDİR

2004-2006-cı illəri əhatə edən hesabata görə, İsveç, Malta, Estoniya kimi ölkələrdə gənclər arasında ölümlərin 60 faizi bıçaqlanmanın payına düşür.

Azərbaycanda isə öldürülən gənclərin 3,7 faizi bıçaq və başqa kəsici alətdən ölür. Bu, Avropa regionunda ən aşağı göstəricidir.

Bu o deməkdir ki, Avropa ilə müqayisədə Azərbaycanda bıçaqlanma problemi yox dərəcəsindədir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Susanna Cakab deyir ki, Avropanın bütün ölkələrində vəziyyət belə olsaydı, “Avropada gənclər arasında 10 qətldən 9-nun qabağını almaq mümkün olardı”.

Ancaq burda başqa sual yaranır: onda Azərbaycanda öldürülən gənclər nədən ölür?

Buna cavabı hesabatın yaralanma haqda statistikası verə bilər. Yaralanmada Azərbaycanın göstəriciləri yaxşılar sırasında deyil.

Azərbaycanda yaralanan gənclərin 40 faizi bıçaqdan yaralanır.

Odlu silahdan yaralananlar da yenə 40 faizdir.

Belə çıxır ki, Azərbaycanda bıçaq yox, odlu silah problemi var.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatının hesabatında mülki və hərbçi gənclərin statistikası ayrılmır. Ona görə bilinmir ki, atəşkəs xəttində ölənlər və yaralananlar Azərbaycanın odlu silah haqda statistik göstəricilərinə hansı təsiri göstərib.

BOĞUB-ÖLDÜRMƏ VƏ YA KÜT ƏŞYA

Hesabatda Azərbaycanın o biri Avropa ölkələrindən bir fərqi də var. Azərbaycanda gənclər arasında boğub-öldürmə yoxdur. Hər halda çox azdır ki, cədvələ düşməyib.

Müqayisə üçün, banklar ölkəsi Lüksemburqda gənclər arasında qətllərin 40 faizi böğmağın payına düşür.

Azərbaycanda, hesabata görə, gənclər arasında küt əşya ilə öldürmə də yoxdur, ya da yox həddindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG