Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Sərhədlərin delimitasiyası Balakəndə müzakirə olunacaq


Sentyabrın 23-də Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyasi müzakirə olunacaq. Görüş Balakəndə keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən deyiblər.

Azərbaycanın Xarici İşlər nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının rəhbəri Xələf Xələfovun başçılıq etdiyi və müxtəlif nazirliklərin, dövlət qurumlarının ekspertlərindən ibarət qrup bu məqsədlə Balakənə gedəcək.

Gürcüstan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini David Calaqaniya başçılıq edəcək.
XS
SM
MD
LG