Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26

Məzahir Pənahob ABŞ diplomatı ilə seçkiləri müzakirə edib


Sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq arasında görüş olub.

“1news” agentliyinin məlumatına görə, görüşdə qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

MSK sədri bildirib ki, ABŞ Azərbaycanın dostu və strateji müttəfiqidir.

Öz növbəsində Adam Sterlinq də qeyd edib ki, MSK və ABŞ səfirliyi uzun müddətdir ki, sıx əməkdaşlıq edirlər. Amerikalı diplomat Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb və əlavə edib ki, Azərbaycan çox mühüm hadisənin astanasındadır.
XS
SM
MD
LG