Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

Həzi Aslanovun ev-muzeyi talan edilib


İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovun Lənkərandakı ev-muzeyi talan edilib. Hadisə sentyabrın 21-dən 22-nə keçən gecə baş verib.

Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna verilən məlumata görə, oğurluq edən şəxs muzeyin şüşəsini çıxarmaq yolu ilə içəriyə daxil olub, bir ədəd samovar, bir ədəd lampa, 8 kasa, 1 ədəd çömçə, bir ədəd xalça, bir mis qazan, bir çıraq, bir ədəd saat, bir ədəd sandıq örtüyü oğurlayıb.

Əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanıb. Oğurluq edənin şəhər sakini, 1968-ci il təvəllüdlü Elçin Rəhimov olduğu müəyyənləşib. Təqsirləndirilən şəxsin həm də narkotik aludəçisi olduğu bildirilir.
XS
SM
MD
LG