(Azəri oğlanla - Erməni qızın erotik-siyasi söz dueli)
-- Sən bir kəşfiyyatçı olsan,
Sərhədi keçəcək olsan,
Mən də postda ayıq dursam
Səni tutsam, neylərsən?
-- Sən postda ayıq dursan
Məni tutacaq olsan,
Mən seksual qadın olsam,
Qarşında soyunsam, neylərsən?
-- Sən seksual qadın olsan
Qarşımda soyunacaq olsan
Mən dönüb bir manyak olsam
Səni zorlasam, neylərsən?
-- Sən dönüb bir manyak olsan
Məni zorlayacaq olsan
Səndən olan uşağım da
Senator olsa, neylərsən?
-- Məndən uşağın olsa
Senator olacaq olsa
Mən bir diplomat olsam
Onu susdursam, neylərsən?
-- Sən bir diplomat olsan
Onu susduracaq olsan
O, “soyqırım!” deyəcək olsa
Səni “əzsə”, neylərsən?
-- O, tarixi yanlış yozsa
“Soyqırım!” deyəcək olsa
Mən də “yalandır!” desəm
İnkar etsəm, neylərsən?
-- Sən “yalandır!” deyəcək olsan
Oğlumu inkar edəcək olsan
O da səni postdan salsa
Vəzifəsiz qalsan, neylərsən?
-- Məni postdan salacaq olsa,
Vəzifəsiz qoyacaq olsa
Mən də durub təkzib versəm
Onu “yandırsam”, neylərsən?