Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 18:49

“Azərbaycanda teatrların adı dəyişdiriləcək”


Azərbaycanda teatrların adı dəyişdiriləcək. Bu barədə APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir bildirib ki, hazırda buna hazırlıq gedir: “Biz hazırda ciddi şəkildə teatrların adlarının dəyişdirilməsi haqqında düşünürük.

Çünki bir çox teatrın adında köhnə sovet ideologiyası məfhumu qalır.

Bundan azad olmaq lazımdır. Bununla bağlı düzgün qərarlar qəbul olunacaq, narahatlığa heç bir əsas yoxdur.

Bu, çox çətin prosesdir, hər teatrda eyni səviyyədə qarşılanmır, hamı tərəfindən dəstəklənmir, amma bu, bir prosesdir.

Bu günlə uyğunlaşmayan məsələlər tarixin növbəti mərhələsində buraxılmalıdır”.

Ə.Qarayev hazırda bir sıra mədəniyyət ocaqlarının adı ilə bağlı məsələyə də münasibət bildirib:

“Azərbaycanda hansı teatr, konsert salonu, eləcə də sərgi salonlarının adı Nazirlər Kabinetinin təsdiqlədiyi qərarla tənzimlənir”.

“Bəzən bizi günahlandırırlar ki, haradasa kitabxana bağlandı, haradasa kitabxana kiminsə əlinə keçdi.

Əbülfəs Qarayev onu da deyib ki, onlar kitabxanaların kiminsə əlinə keçməsinə imkan vermirlər:

Lakin elə yerlər var ki, bir küçədə üç kitabxana yerləşir, onların fondları tamam deyil, eləcə də onların işi bir-birini tamamlamır. Bir küçədə üç kitabxana saxlamağa zərurət də yoxdu”.

Nazir bildirib ki, bu yolla dövlət büdcəsinə də qənaət edilir: “Biz dövlət büdcəsinə də qənaət etməliyik.

Kitabxanalarda işin təşkilini daha yüksək formada qurmalı, insanların əmək haqlarının artırılması üçün maliyyə imkanlarını araşdırmalıyıq.

Ona görə də bu cür hallara təəccüblənmək lazım deyil”.
XS
SM
MD
LG