Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:06

Vatikan Bankın direktoruna cinayət işi açılıb


Romada prokurorlar Vatikan Bankının iki yüksək vəzifəlisi əlayhinə pul yuma cinayəti üzrə istintaqa başlayıb. Prokurorlar bu bankın 23 milyon avroluq hesabına həbs qoyublar. Cinayət İşi Vatikan Bankın icraçı direktoru Gotti Tedeschi və daha bir yüksək vəzifəli əməkdaşına qarşı qaldırılıb.

Vatikan bu hadisə barədə yaydığı bəyanatda xəbərdən heyərət gəldiyini bildirir.

Vatikan Bank əsasən dini idarələrin hesablarını idarə edir.

Bu Vatikan Bankla bağlı ikinci böyük qalmaqaldır. 1982-ci ildə də o zaman İtaliyanın ən böyük bankı olan Vatikan Bank 3.2 milyard dollar zərərlə müflis olmuşdu.
XS
SM
MD
LG