Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Rusiya prokurorluğu hüquq-müdafiə təşkilatlarında kütləvi yoxlamalar aparır


Keçən həftə Rusiya prokurorluğu əvvəlcədən xəbər vermədən ölkənin öndə gedən 40-a qədər hüquq-müdafiə təşkilatlarında eyni zamanda yoxlamalara başlayıb. Prokurorluq sadəcə bu təşkilatların 2006-cı ildə qəbul edilmiş qeyri-hökumət təşkilatları haqqında qanuna necə əməl etdiklərini yoxlamaq istədiyini bildirir.

Sentyabrın 20-də Transparency İnternational, Memorial, Moskva Helsinki Qrupu kimi onlarla hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq bunu hökumətin hüquq müdafiəçilərini təhdid etməsi kimi qiymətləndiriblər.
XS
SM
MD
LG