Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:21

Naxçıvanın Ədliyyə Nazirliyi məhkəməyə verilib


“İnsan Hüquqları və Mətbuatın Monitorinqi” İctimai Birliyi dövlət qeydiyyatına alınmaması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə “Turan”a təşkilatın təsisçiləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məlumat veriblər.

Onlar bildiriblər ki, Ədliyyə Nazirliyinə qeydiyyat üçün sənədlərin təqdim olunmasından 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, təsisçilərə cavab verilmir. Təşkilat hesab edir ki, qeydiyyata alınma qəsdən yubadılır.

Təsisçilər onu da bildiriblər ki, NMR Ədliyyə Nazirliyində son vaxtlar bir neçə QHT qeydiyyatdan keçib. Həmin QHT-lər yerli hakimiyyətin xeyir-duası ilə yaradılsa da, yerli və beynəlxalq təşkilatlara müstəqil QHT kimi təqdim edilir. Faktik olaraq bölgədə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən müstəqil QHT-lərin fəaliyyətində və onların dövlət qeydiyyatına alınması istiqamətində xeyli əngəllər mövcuddur.

“İnsan Hüquqları və Mətbuatın Monitorinqi” İctimai Birliyi bu il mayın 5-də təsis edilib və 2010-cu il mayın 20-də dövlət qeydiyyatına alınması üçün sənədləri Ədliyyə Nazirliyinə göndərilib.

Məsələyə aydınlıq gətirilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinə müraciətimiz cavabsız qaldı.
XS
SM
MD
LG