Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 14:00

Moskva meri ölkədən qaçıb?


Moskva meri Yuriy Lujkov ölkəni tərk edib. Rusiya mediasında onun və arvadının korrupsiyada ittiham edilməsindən sonra merin həbs ediləcəyi gözlənilirdi.

Lujkovun sözçüsü Sergey Tsoy deyib ki, mer Avstriyaya bir həftəlik planlaşdırılmış istirahətə gedib. Lujkovla birgə korrupsiyada ittiham olunan həyat yoldaşı da ölkəni tərk elədiyindən, çoxları bunu merin qaçması kimi qiymətləndirir.

1992-ci ildən Moskva meri olan Lujkovun indiki Rusiya prezidenti Dmitri Medvedevlə münasibətlərinin yaxşı deyil. Lujkovla Baş nazir Putinin bu həftə sonu görüşməsi gözlənilirdi.
XS
SM
MD
LG