Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:51

Metyu Brayzanın namizədliyi bir daha səsə qoyulacaq


Sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin növbəti iclasında ABŞ prezidentinin Azərbaycana səfir təqdim etdiyi Metyu Brayzanın namizədliyi bir daha səsə qoyulacaq.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Metyu Brayza ilə bağlı səsverməni Amerikadakı erməni icmasının maraqlarını təmsil edən senator Barbara Bokserin müraciəti əsasında bu il avqustun əvvəlində təxirə salıb.

Metyu Brayza keçmiş prezident Corc Buşun hakimiyyətində dövlət katibi müavininin köməkçisi işləyərkən və Minsk qrupunun həmsədri olarkən onun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycanın digər mübahisələrində tutduğu mövqe Senat üzvlərində suallar yaradıb.

Senator Barbara Bokser Xarici Əlaqələr Komitəsinin iyul ayında keçirdiyi iclasında Metyu Brayzaya ABŞ-da yaşayan ermənilərin qayğılarını əks etdirən israrlı suallar vermişdi.

Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının əleyhinə çıxanlar onu səfir postuna uyğun olmayan şəxs adlandırıblar.

14 aydır ABŞ-ın Azərbaycandakı səfir yeri boşdur.
XS
SM
MD
LG