Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:37

Ermənilər son 95 ildə ilk dəfə Surb Xaç kilsəsində ibadət ediblər


Ermənilər son 95 ildə ilk dəfə Türkiyənin şərqindəki Surb Xaç (Müqəddəs Xaç) kilsəsində ibadət ediblər. Van gölündəki Axtamar adasında yerləşən bu kilsə 10-cu əsrdə inşa edilib.

“Amerikanın səsi” radiosu xəbər verir ki, Surb Xaç Birinci Dünya müharibəsindən sonra ermənilərin üzünə bağlı olub. 2007-ci ildə muzey kimi yenidən açılan kilsəni hazırda Türkiyə hökuməti bərpa edir.

“Media forum” saytının məlumatına görə, sentyabrın 19-da keçirilən ibadət mərasimini Türkiyədəki Erməni Apostol Kilsəsinin baş keşişi Aram Ateşyan aparıb.

Mərasimə müxtəlif ölkələrdən 750 erməni qatılıb. Eçmiədzin kilsəsi ibadətə nümayəndə göndərməyib. Bəzi millətçilər isə Yerevandakı “soyqırımı” abibəsi önünə toplaşaraq ibadət mərasiminə etiraz sərgiləyiblər. Onların qaldırdığı şüarlardan biri “Bizim kilsəmizi bizə borc verməyin!” olub.
XS
SM
MD
LG