İsveçdə sentyabrın 19-u keçirilən parlament seçkisində hakim koalisiya - İsveç Uğrunda Alyans bloku qələbə qazanıb. Baş nazir Fredrik Reinfeldin dörd - Xristian Demokrat, Liberal, Mötədil və Mərkəz partiyalarını birləşdirən sağçı koolasiyası 349 nəfərlik parlamentdə 172 yer alıb.
Qərb mətbuatının məlumatına görə, solçu partiyalar (Sosial Demokrat, Sol, Yaşıllar) birliyi isə 157 mandat qazanıb. Mühacirlərə qarşı sərt münasibəti ilə seçilən Demokrat Partiyası isə tarixində ilk dəfə parlamentdə təmsil olunacaq. Bu partiya 20 mandat əldə edib.