Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

Əhmədinejad Birləşmiş Ştatları səkkiz iranlını azad etməyə cağırıb


İran prezidenti Mahmud Əhmədinejad Birləşmiş Ştatları səkkiz iranlını azad etməyə cağırıb. Prezident onların qanunsuz həbs olunduğunu bildirir. ABŞ televiziyalarına müsahibəsində Mahmud Əhmədinejad deyib ki, onlar ötən həftə humanist addım atıb amerikalı qadın Sara Şourdu azadlığa buraxıblar. Sara Şourd 2009-cu ildə İranda həbs olunub.

Əhmədinejad BMT Baş Assambleyasının yığıncağından qabaq BMT-nin baş katibi Ban Ki Munla görüşüb.

Qurumun açıqlamasında bildirilir ki, görüşdə vətəndaş azadlığının əsas prinsipləri və siyasl hüquqların əhəmiyyəti vurğulanıb.

Ban Ki Mun həmçinin deyib ki, o ümid edir ki, İran uranın zənginləşdirilməsi məsələsində konstruktiv davranacaq.
XS
SM
MD
LG