Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

Amerikalı bəstəkar Üzeyir bəyə əsər həsr etdi


Üzeyir bəyin mənzil muzeyi, 18 sentyabr 2010
Üzeyir bəyin mənzil muzeyi, 18 sentyabr 2010
«Bəlkə də bu dediklərim qəribə səslənəcək, ancaq sizin kimi mənim də ürəyim var və mən ürəyimi sizə açmaq istəyirəm».

Bu sözləri Üzeyir Hacıbəylinin 125 illik yubileyində iştirak edən ABŞ bəstəkarı Con Heynsin təmsilçisi səsləndirdi. Anasının ağır xəstə olması üzündən yubiley tədbirlərinə qatıla bilməyən Con Heyns həmkarı vasitəsilə Üzeyir bəyə həsr etdiyi musiqi əsərini Azərbaycana çatdırıb.

AMERİKALI BƏSTƏKAR AZƏRBAYCAN MUSİQİSİNƏ NECƏ VURULDU?

Hər iki bəstəkar ilk dəfə Bakıda «Leyli və Məcnun» operasının 100 illik yubileyində olublar. Elə o vaxtdan da Üzeyir musiqisinin heyranına çevriliblər. Üzeyir bəyin musiqi nəzəriyyəsi kitabı ilə tanışlıq Con Heynsi lap təsirləndirdiyindən, bundan sonra o, yeni bir əsər üzərində işləməyə başlayıb.

CON HEYNS ƏSƏRİNİ ÜZEYİR BƏYİN MƏNZİL MUZEYİNƏ HƏDİYYƏ ETDİ


Con Heynsin həmkarı
Və üstəlik, bu mesajını okeanın o tayından ölkəmizə yetirməyi dostundan xahiş etdi: «Musiqinin dili düşündürücü və emosionaldır. Con ümid edir ki, bu musiqi onun Azərbaycan xalqına olan dərin hislərini gün işığına çıxaracaq».

BU GÜN ÜZEYİR MUSİQİ GÜNÜDÜR


Xatırladaq ki, 18 sentyabr ölkədə Milli Musiqi Günüdür. Üzeyir bəyin mənzil muzeyində davam edən yubiley tədbiri səhər tezdən dahi bəstəkarın uyuduğu Fəxri Xiyabandan başlayıb.

Dövlət Xor Kapellasının ifasında «Leyli və Məcnun» operasından «Şəbi-hicran» sədaları ilə bitən anım mərasimi daha sonra Bakı Musiqi Akademiyasının önündə davam edib. Burada da Üzeyir bəyin əsərlərindən seçmələr səslənib.

Daha bir mərasim Üzeyir bəyin mənzil muzeyində keçirilib. Muzeyə toplaşanlar 125 illik yubileyə hazırlanan töhfələrdən söz açıblar. Üzeyir bəyin heç vaxt ifa olunmayan «Xurşud Banu» və «Şeyx Sənan» operalarından hissələr səslənib.
Muzeyə toplaşanlar 125 illik yubileyə hazırlanan töhfələrdən söz açıblar
Bənzərsiz bəstəkarın dillər əzbəri olan əsərlərindən də ariyalar ifa olunub.

Yubiley tədbiri axşam ölkənin baş sarayında davam edib. Beynəlxalq Musiqi Festivalının açılışı da orda baş tutub.

AZADLIĞIN «İZ»İNDƏN ÇIXMAYIN!


Bu barədə daha ətraflı bazar günü efirə gedəcək «İz» proqramında danışılacaq…

Üzeyir bəyə fərqli bir baxış bucağından yanaşmağa cəhd ediləcək. Yubiley iştirakçıları «Üzeyir bəy XXI əsrdə yaşasaydı, bizə hansı ictimai mesajlar verərdi?» sualını da cavablayacaqlar.

Beləliklə, Üzeyir bəy 125 yaşına çatdı, amma qocalmadı...

Üzeyir Musiqi Günümüz mübarək olsun!
XS
SM
MD
LG