Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Novxanı sakini evində qətlə yetirilib


Novxanıda ölümlı nəticələnən silahlı insident baş verib.

Bu barədə APA agentliyi Abşeron rayon Prokurorluğuna istinadla xəbər verir.

Novxanı sakini 1952-ci il təvəllüdlü Rahib Ağadadaşov sentyabrın 18-də gecə saatlarında yaşadığı evdə naməlum adam tərəfindən odlu silahla qətlə yetirilib, oğlu, 1979-cu il təvəllüdlü Balabəy Ağadadaşova isə başından küt alətlə ağır xəsarət yetirilib.

Cinayətin səbəbi hələlik bəlli deyil.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
XS
SM
MD
LG