Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Dəməşqdə Suriya və İran prezidentlərinin görüşü olub


Bu gün Dəməşqdə Suriya prezidenti Bəşir Əsədlə İran prezidenti Mahmud Əhmədinejad arasında görüş olub.

Görüşdə ikitərəfli münasibətlər və regional problemlər müzakirə olunub.

Hələlik danışıqlar barədə ətraflı məlumat yoxdur.

Mahmud Əhmədinejad cümə günü ABŞ hökumətini İrana qarşı sanksiyaları pozmaq ittihamıyla Birləşmiş Ştatlarda həbsdə olan bir neçə iranlını azad eləməyə çağırıb.

O, qeyd edib ki, Tehran sərhəddi pozmaq itihamı ilə İranda həbsdə olan ABŞ vətəndaşı Sara Şurdu azad elədiyinə görə, bu addımı Vaşinqtondan gözləməkdə haqlıdır.
XS
SM
MD
LG