Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Qərb bölgəsində 27 dini icma qeydiyyatdan keçib


Yaxınlarda daha 6 icmaya qeydiyyat şəhadətnaməsi veriləcək.

Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov verib.

Bölgədə 49 dini icma fəaliyyət göstərir ki, onlardan da 42-si qeydiyyat şəhadətnaməsi almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib. Onlardan 27-nə şəhadətnamə təqdim edilib, daha 15 icmanın sənədlərinə baxılır.

Qeydiyyatdan keçən dini icmaların 5-i Gəncədə, 3-ü Ağstafada, 4-ü Qazaxda, 2-si Tovuzda, 4-ü Gədəbəydə, 5-i Goranboyda, 1-i Daşkəsəndə, 2-si isə Göygöldə yerləşir. Gəncədə 5 dini icmadan 4-ü müsəlman, 1-i isə xristian yönümlü icmalardır.

Azərbaycan Parlamentində ötən il «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Əlavələrə əsasən, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Bütün dini qurumlar müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.
XS
SM
MD
LG