Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

Taliban namizəd qarışıq seçki rəsmilərini oğurlayıb


Şənbə günü keçiriləcək parlament seçkisi ərəfəsində Əfqanıstanda Taliban aralarında deputatlığa namizəd və doqquz seçki rəsmisi olan 19 nəfəri oğurlayıb.
Taliban bu seçkini pozacağını bildirib.

Rəsmilər Bağdis əyalətində seçki kampaniyasında iştirak edən daha 10 nəfərin oöurlanması barədə xəbərləri araşdırdıqlarını bildirirlər.

Şənbə günü keçiriləcək seçkidə 249 deputat yeri üçün 2500-dən çox namizəd yarışacaq. Bu, 2001-ci ildə Taliban hakimiyyətdən qovulandan bəri Əfqanıstdna keçirilən ikinci parlament seçkisidir.

Prezident Həmid Karzayi vətəndaşları hədələrə baxmayaraq, seçkidə fəal olmağa çağırıb.
XS
SM
MD
LG