Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 02:30

Putinin seçki kampaniyası üçün internet səhifələri yaradılır


Rusiyada ali vəzifəli rəsmilərin mühafizəsi ilə məşğul olan Federal Mühafizə Xidməti avqust ayında kiril hərfləri ilə Putin-2012.rf adı ilə müxtəlif internet səhifələri qeydiyyatdan keçirib. Amma bu idarə hazırkı prezident Dmitri Medvedev üçün belə sayt ünvanları almayıb.

Vladimir Putinin sözçüsü Dmitri Peskov bunun 2012-ci ilin prezident seçkisinə hazırlıq olması barədə fikirləri qəbul etməyib. O, bildirib ki, bu sayt ünvanları Putinin ofisi sifariş etməyib.

2000-2008-ci illərdə Rusiyanın prezidenti olmuş indiki Baş nazir Vladimir Putin bundan əvvəl bir neçə dəfə bildirib ki, 2012-ci ildə Medvedevin, yoxsa, özünün iştitak edəcəyini hələ müəyyən etməyiblər.
XS
SM
MD
LG