Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Yanacaqdoldurma məntəqəsində partlayış olub


Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, 3 nəfər ağır xəsarət alıb.

«APA»nın məlumatına görə, hadisə sentyabrın 17- i səhər saat 05.30 radələrində rayonun Digah kəndi ərazisində, Ələt-Astara avtomobil yolunun kənarında yerləşən «Diqaz» yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

«KamAZ» markalı maye qazla dolu yük maşınından çənlərin birinə yanacaq boşaldılarkən ehtiyatsızlıqdan yanğın baş verib və çən partlayıb.

Partlayış zamanı yanacaqdoldurma məntəqəsinin 3 işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar, xəstəxanaya yerləşdiriliblər.

Güclü partlayışın təsirindən «KamAZ» avtomobili parçalanaraq yaxınlıqdakı fərdi yaşayış evlərinin divarlarını, dam örtüyünü və pəncərələrini zədələyib.

Hadisəyə görə, Ələt-Astara şosesi 1 saata yaxın bağlanıb. Hazırda yanğının qarşısı tam alınıb və hadisə ilə bağlı araşdırmalara başlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG