Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Naxçıvanda siqaretə qadağa


Artıq bir neçə nəfər cərimələnib
Artıq bir neçə nəfər cərimələnib
Naxçıvanda ictimai yerdə siqaret çəkənlər 35 manat cərimələnəcək. Artıq bir neçə nəfər cərimələnib.

Naxçıvan hakimiyyəti ictimai yerlərdə siqaret çəkilməsinə qadağa kampaniyasına başlayıb. «Turan»ın məlumatına görə, qadağa bu ilin ölkədə Ekologiya İli elan edilməsi ilə izah edilir.

Belə ki, Naxçıvanın ticarət obyektlərində, bazarlarında siqaret əleyhinə plakatlar asılıb. Bundan sonra ictimai yerlərdə siqaret çəkən hər kəs İnzibati Xətalar Məcəlləsinin 197-ci maddəsi ilə 35 manat cərimə olunacaq.

Tezliklə siqaretə qarşı qadağaların parklarda və digər ictimai obyektlərdə tətbiq olunacağı da istisna edilmir.
XS
SM
MD
LG