Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər.
Bu barədə APA-agentliyi BQXK-nın Bakı ofisinə istinadla xəbər verir.
BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Azərbaycan Ordusunun çavuşları, 1985-ci il təvəllüdlü Roman Hüseynov və 1990-cı il təvəllüdlü Anar Hacıyevə baş çəkiblər.
Amma onlar əsirlikdə olan Azərbaycan vətəndaşı, mülki şəxs Eldar Tağıyevə baş çəkməyiblər.
Qeyd edək ki, kiçik çavuş Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Erməni əsirliyində olan Azərbaycan vətəndaşı 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu isə 2009-cu il dekabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.