Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 06:21

Xəzər Türkmənistan-Azərbaycan münasibətlərini əngəlləmir

“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanla Türkmənistan arasındakı problem iki ölkənin münasibətlərinə əngəl törətmir”.

Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısından sonra mətbuat konfransında deyib.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyev bu problemin hər iki ölkənin gündəliyində duran birinci yox, sonuncu məsələ olduğunu bildirib.
XS
SM
MD
LG